EN

“Barselona"ya qarşı şansımız az, amma var”

“Albasete”nin baş məşqçisi Alberto Qonsales İspaniya Kubokunun 1/4 finalında “Barselona” ilə oyundan öncə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Marca" çalışdırıcının dediklərini belə çatdırıb.

“Onları dayandıra bilərik, əgər işimizi düzgün görsək. İlk addım – hücumlarını əngəlləməkdir, və bunu etdikdən sonra başa düşməliyik ki, şanslarımız olacaq, baxmayaraq ki, azdır”

Qeyd edək ki, “Albasete” İspaniyanın ikinci liqası – Sequndada çıxış edir. Komanda 1/8 finalda sensasiyalı qələbə əldə edərək Madriddə “Real”ı 3:2 hesabı ilə məğlub edib.

“Albasete” – “Barselona” görüşü bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Chosen
16
90deqiqe.az

1Sources