Yaponiyada şiddətli qış şəraiti nəticəsində ölənlərin sayı 30-a çatıb
Yaponiyada sərt qış şəraiti və güclü qar yağışı nəticəsində baş verən qəzalarda ölənlərin sayı 30-a çatıb, 324 nəfər yaralanıb. "Japan Times" qəzetinin məlumatına görə, Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi (Shobocho) qış şəraitinin ölkə daxilində yaratdığı ölüm və yaralanmalarla bağlı açıqlama yayıb.
Bəyanatda deyilir ki, son 15 gündə ölkə daxilində sərt qış şəraiti və güclü qar yağışı nəticəsində baş verən qəzalar nəticəsində 30 nəfər ölüb, 324 nəfər yaralanıb.
Sərt qış şəraitindən ən çox zərər çəkən Niiqata prefekturasında 12 nəfər ölüb, ən çox qar yağışına məruz qalan Aomori prefekturasında isə qarın qalınlığı 4 metrə çatıb.
Yaponiya Baş naziri Takaiçi Sanae mətbuata verdiyi açıqlamada bildirib ki, "İctimaiyyətə hava məlumatlarına diqqət yetirməyi və öz təhlükəsizliklərini təmin etmək üçün tədbir görməyi tövsiyə edirəm".
Qar yağışının davam edəcəyi gözlənildiyini qeyd edən Takaiçi əlavə edib: "Bütün nazirlərdən zərərin qarşısını almaq üçün bütün mümkün tədbirləri görmələrini və tərəddüd etmədən lazımi dəstəyi göstərmələrini xahiş edirəm".
aia.az
Tərcümə şöbəsi