EN

Paytaxt təmsilçisi 16 milyon avroluq transfer etdi - RƏSMİ

“Atletiko” transfer pəncərəsinin son günündə yarımmüdafiəçi Rodriqo Mendozanı heyətinə qatdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu “Atlletiko”ya “Elçe”dən keçib. İspaniya mətbuatının məlumatına görə, madridlilər Mendoza üçün 16 milyon avro ödəyib.

Yeni müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir.

İspaniyalı yarımmüdafiəçi 2023-cü ildən “Elçe”nin formasını geyinirdi. O, “yaşıl-zolaqlılar”ın heyətində bütün turnirlər üzrə 71 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Chosen
21
sportinfo.az

1Sources