EN

Gəncədə minik avtomobili ağaca çırpılıb, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü K. Süleymanov xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
21
1
unikal.az

10Sources