Premyer Liqanın lideri "Arsenal"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "topçular"ın aparıcı oyunçularından olan Bukayo Saka sıradan çıxıb.
İngiltərəli vinger ölkə çempionatının 24-cü turunun "Lids Yunayted"lə matçından əvvəl isinmə hərəkətləri zamanı ayaq əzələsindən zədə alıb. 24 yaşlı futbolçu təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi