EN

"Epşteyn işi" Türkiyəni də silkələdi

Ankara Baş Prokurorluğu müxalifətçi millət vəkili Turan Çömezin türkiyəli yeniyetmə qızların maliyyəçi Ceffri Epşteynin adından ölkədən qaçırıldığı, adasına aparıldığı və təcavüzə məruz qaldığı iddiaları ilə bağlı araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məluçat yayıb.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteyn işi üzrə "şübhəliləri və onların cinayətlərini Türkiyə ilə əlaqələndirən dəlilləri aşkar etmək məqsədi ilə" açıqlanan sənədlər üzərində iş Çömezin bəyanatının dərc olunmasından bir gün sonra, 23 dekabr 2025-ci ildə başlayıb.

Bu fonda sosial mediada "Türkiyədə hər il 10.000-dən çox, son səkkiz ildə isə təxminən 100.000 uşağın itkin düşdüyü" iddiaları ilə bağlı məlumatlar yayılıb. Bundan əlavə, "Xaricdə işgəncə verilən türk uşağı" adlı video geniş yayılıb.

Chosen
17
publika.az

1Sources