EN

Uitkoff və Netanyahu Qüdsdə görüşKEÇİRİR

ABŞ Prezidentinin sülh təşəbbüsləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff İsrailə səfəri çərçivəsində Qüdsdə ölkənin Baş Naziri Binyamin Netanyahu ilə görüşə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat verib.

Netanyahunun ofisindəki mənbələrin məlumatına görə, görüşdə həmçinin İsrailin təhlükəsizlik xidmətlərinin rəhbərləri də iştirak edir.

Uitkoffun İsrail səfəri İran ətrafında gərginliyin artdığı bir dövrə təsadüf edir. Əvvəllər ABŞ-ın Axios portalı mənbələrinə istinadla xəbər verib ki, fevralın 6-da İstanbulda Uitkoff ilə İranın Xarici İşlər naziri Abbas Araqçi arasında görüş gözlənilir. Axios-un məlumatına görə, tərəflər danışıqlarda "mümkün nüvə sazişi"ni müzakirə etməyi planlaşdırır.

TASS-ın mənbəsi isə bildirib ki, ABŞ və İran nümayəndələrinin İstanbulda potensial görüşü hələ rəsmi status almayıb və hazırda təfərrüatları işlənir.

Xədicə BAXIŞLI

Chosen
25
redaktor.az

1Sources