EN

Otellər nə üçün boş qalır?

Qeyri-neft sektorunun əsas sahələrindən biri də məhz turizm sayılır. 

Lakin əfsuslar olsun ki, bu gün Azərbaycan turizmi qonşu ölkələrlə müqayisədə geri qalır. Bunun müxtəlif səbəbləri var. Əsas səbəbləri arasında otel qiymətlərinin yüksək olmasını deyə bilərik.

Maraqlıdır, ölkəmizdə otel qiymətlərinin baha olması turizmin inkişafına mane olur? 

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda turizmin inkişafı istiqamətində müəyyən addımlar atılır:

"Lakin təbii ki, bu işlər yetərli deyil. Daxili və xarici turistlər hansısa oteldə qalmaq istəyəndə otelin sosial şəbəkələr səhifəsində yüksək qiymətləri görərək fikirlərindən yayınırlar. Halbuki otellərin qiymət siyasəti hər kəsin xidmətlərindən yararlana bilməsinə uyğun olmalıdır".

Ekspert qeyd edib ki, ölkəmizdəki sahibkarlar sadəcə yüksək qiymətlə qısa müddətdə varlanmaq istəyirlər:

"Nəticədə isə otellər boş qalır. Hesab edirəm ki, qonşu ölkələrin otellərinin də qiymət siyasətinə nəzər yetirilməlidir. Yəni istər xidmət, istərsə də də qiymət məsələsində xarici ölkələrin təcrübəsindən yararlanmalıyıq. Bu halda otellər boş qalma problemi yaşamazlar".

Günel

Chosen
14
hit.az

1Sources