Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov həsir toxuma sexinə baxış keçirərək burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Manset.az xəbər verir ki, həyata keçirilən əsaslı təmir işləri sexin fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına, istehsal gücünün artırılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bu layihə, eyni zamanda, rayonda həsirçiliyin inkişafına təkan verməklə yanaşı, ənənəvi sənətkarlıq sahələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.
Rayon rəhbəri bildirib ki, həsir toxuculuğu kimi sahələrin inkişafı qeyri-neft sektorunun genişləndirilməsi, yerli istehsalın təşviqi və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Rayon rəhbəri görülən işləri müsbət qiymətləndirərək təmir işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılmasının vacibliyini vurğulayıb, məsul şəxslərə müvafiq tapşırıqlar verib.






