EN

90 yaşlı müəllim Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ-ın Miçiqan ştatından olan 90 yaşlı ingilis dili müəllimi Beverli Hannett-Prays qadınlar arasında dillərin tədrisi üzrə ən uzunmüddətli karyeraya görə - sinifdə 67 il fəaliyyətinə görə rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.

Publika.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Hannett-Prays "Detroit Country Day School"da ingilis dili tədris edir. Rekord sertifikatı bazar ertəsi günü onun şərəfinə təşkil olunmuş gözlənilməz məktəb yığıncağı zamanı təqdim edilib.

Mərasimdə “Toni” və “Emmi” mükafatlarının laureatı, vaxtilə Hannett-Praysın şagirdi olmuş aktyor Kortni B. Vens çıxış edib. O bildirib ki, məhz bu müəllim ona fikirlərini ifadə etməyi və mətnlər yazmağı öyrədib, bunun sayəsində onlar bu günə qədər əlaqəni saxlayırlar.

Beverli Hannett-Prays müəllimlik karyerasına 1958-ci ildə başlayıb. Onun keçmiş şagirdləri arasında aktyor Robin Uilyams və "Microsoft" şirkətinin keçmiş baş direktoru Stiv Balmer də var.

Chosen
11
publika.az

1Sources