EN

Parlamentlərin dayanıqlı şəhər inkişafında rolu mövzusunda WUF13-ə həsr olunmuş beynəlxalq tədbir keçirilib (FOTO)

Bakı. Trend:

30 yanvar 2026-cı il tarixində dünyanın 30 ölkəsindən 32parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş “Parlamentlərindayanıqlı şəhərlərin inkişafında və davamlı şəhərsalmanıntəşviqində rolu” mövzusunda beynəlxalq onlayn tədbir keçirilib.Tədbirin əsas məqsədi iştirakçıları WUF13-ün əsas məqsədləri vəproqramı barədə məlumatlandırmaq və WUF13-də parlamentləriniştirakının təşviqinə töhfə vermək olub.

Trend xəbər verir ki, tədbirAzərbaycan Respublikası Milli Məclisinin və Qlobal ParlamentariAkademiyasının (GCAP) üzvü Pərvanə Vəliyevanın təşəbbüsü ilə DövlətŞəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində baştutub. Tədbirdə parlament üzvləri ilə yanaşı UN-Habitat və digərixtisaslaşmış agentliklərinin nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən deputat Pərvanə Vəliyeva xaricihəmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasdaiştirak etdiklərinə görə təşəkkür edib. Açılışda xüsusi qonaqqismində Dominika Birliyinin Ətraf Mühit, KəndlərinMüasirləşdirilməsi və Kalinago İcmasının İnkişafı naziri KozierFrederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiyatəcrübələrindən, mövcud çağırışlardan və Dominika parlamentinintikinti normaları, zonalaşdırma qanunları və planlaşdırmasistemlərində gördüyü işlərdən danışıb.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindənWUF13 haqda təqdimat edilib, Azərbaycanın WUF13 çərçivəsində irəlisürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumətbaşçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili olunacağı haqdaməlumat verilib, şəhərsalma forumlarında parlament diplomatiyasınınəhəmiyyəti vurğulanıb.

Müzakirələrdə iştirak edən xarici deputatlar AzərbaycanınWUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsiniyüksək qiymətləndirərək, WUF13 Milli Koordinatoruna birgə müraciətünvanlayıb. Müraciətdə deyilir:

“Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbuledirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarınınmərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açarnöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik,məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranıəlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti vədavamlı investisiyalar tələb edir. Biz bir daha təsdiqləyirik ki,parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara,siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledicirol oynayır. Biz WUF13-ün ev sahibi kimi Azərbaycan Respublikasınagüclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiyaüzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləridayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsikimi təqdim edilməsi istiqamətində fəaliyyətini alqışlayırıq”.

Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarınınəsas iştirakçı qruplarından biridir.

Parlamentlərin
Parlamentlərin
Chosen
47
8
az.trend.az

1Sources