EN

Gürcüstan Parlamentində ərzaq məhsullarının, dərmanların və yanacağın qiymət strukturunu öyrənmək üçün xüsusi komissiya yaradılıb

Tbilisi, 3 fevral, AZƏRTAC

Gürcüstan Parlamentdə ərzaq məhsullarının, dərmanların və yanacağın qiymət strukturunu öyrənmək üçün müvəqqəti komissiya yaradılıb.

AZƏRTAC xəbər verir ki, müvafiq komissiya 88 səslə yekdilliklə qəbul edilib.

Müvəqqəti komissiyanın səlahiyyət müddəti 3 ay müəyyən olunub və komissiya fevralın 5-də işə başlayacaq.

Komissiyaya parlamentin iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili rəhbərlik edəcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
16
1
azertag.az

2Sources