EN

Bu, burun tutulmasına səbəbOLUR

İctimai səhiyyə üzrə ekspert, həkim Caqadiş Hiremət bildirib ki, D vitamini çatışmazlığı yuxu zamanı nəfəsalma problemlərinə, o cümlədən xışıltıya səbəb ola bilər.

Redaktor.az xəbər verir ki bu barədə o, "İndian Express" nəşrinə müsahibəsində danışıb.

Həkim izah edib ki, D vitamini çatışmazlığı əzələlərə mənfi təsir göstərir, xüsusilə də yuxuda nəfəs yollarının açıqlığını təmin edən əzələlərə. “Bu vitamin çatışmadıqda yuxarı tənəffüs yollarının əzələlərinin tonusu zəifləyə bilər, nəticədə toxumalar enir və havanın normal keçməsinə mane olur”, — deyə Hiremət bildirib.

O əlavə edib ki, D vitamininin aşağı səviyyəsi tez-tez iltihabı gücləndirir və immun sisteminin fəaliyyətini pozur. Bu isə burun tutulması və tənəffüs yollarının şişkinliyinə gətirib çıxarır ki, yuxuda nəfəsalma daha da çətinləşir.

Aytəkin TOFİQQIZI

Chosen
23
redaktor.az

1Sources