
NASA yekun məşq zamanı maye hidrogen sızmasına görə ikinci “Artemida II” missiyasının buraxılışını mart ayına təxirə salıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə agentliyin veb saytında açıqlama verilib.
Bildirilib ki, sızma raketin əsas mərhələsinə kriogen yanacaq tədarük etmək üçün istifadə olunan interfeysdə baş verib.
“Kosmik Buraxılış Sisteminin (SLS) buraxılışları arasında üç ildən çox vaxt keçdiyini nəzərə alsaq, çətinliklərlə qarşılaşmağa hazır idik”, - NASA administratoru Cared Ayzekman sosial şəbəkə hesabında yazıb.
O, həmçinin əlavə edib ki, sınaq zamanı rabitə də fasilələrlə kəsilib və “Orion” raketinin hava kilidinin bağlanmasında problemlər aşkar edilib.