EN

Varşavada məmur saxlanıldı - Rusiyanın xeyrinə casusluq edirmiş

Varşavada Polşa Müdafiə Nazirliyinin əməkdaşı Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Onet” məlumat yayıb.

Əməliyyat bu gün keçirilib: Hərbi Əks-Kəşfiyyat Xidmətinin əməkdaşları hərbi polisin dəstəyi ilə sözügedən şəxsi nazirliyin binasından çıxarıblar.

Məlumata görə, saxlanılan şəxs Müdafiə Strategiyası və Planlaşdırılması Departamentində 30 ildən artıq çalışıb. O, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və onların adından fəaliyyət göstərməkdə şübhəli bilinir.

Bizim.Media

Chosen
9
1
bizim.media

2Sources