EN

"Nankor" Ermənistan və "incik" İran - VİDEO

"Bütün dünyanın İrandakı xalq etirazlarını və ABŞ-İran qarşıdurmasının gedişini izlədiyi bir vaxtda rəsmi Tehranın daim "dost və qardaş ölkə" adlandırdığı Ermənistanla münasibətlərində üzə çıxan önəmli bir məqam nisbətən diqqətdən kənarda qaldı. Halbuki bu, İran rejiminin xarici siyasət kursunun, o cümlədən Cənubi Qafqaz siyasətinin yanlışlığını göstərmək baxımından əlamətdar hadisədir".

Bu barədə "Azad İran" "YouTube" kanalının dərc etdiyi videosüjetdə bəhs edilir.

"İranda kütləvi etirazlar vüsət aldığı zaman bir sıra Qərb ölkələrində yaşayan iranlılar da etirazçılara dəstək aksiyaları keçirir, rejimə qarşı şüarlar səsləndirirdilər. Regionda isə bu cür aksiyalar yalnız Ermənistanın paytaxtı İrəvanda baş tutdu və davamlı xarakter aldı. Əsasən, şah tərəfdarlarından ibarət olan bir qrup İran vətəndaşı hər gün İranın Ermənistandakı səfirliyinin qarşısına toplaşaraq Tehran hakimiyyətinə etiraz ifadə edir, o cümlədən "Xameneiyə ölüm!", "Pəhləvi qayıdacaq!" deyə hayqırırdı. Etirazçıların əllərində İranın ali liderinin təhqiramiz karikaturalarını tutması da diqqətdən yayınmırdı. Bu vəziyyət, xüsusən Ermənistan hakimiyyətinin həmin aksiyalara seyrçi qalması və onlara qarşı heç bir tədbir görməməsi İran üçün gözlənilməz və sarsıdıcı idi. Üstəlik, həmin ərəfədə ölkədəki geniş etirazlara və durumun yetərincə gərgin olmasına baxmayaraq, İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 7-də İrəvana səfər etmiş və Ermənistan rəhbərliyi ilə müzakirələr aparmışdı, həmin müzakirələrdə iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığı vurğulanmış, hərtərəfli strateji tərəfdaşlıq sənədinin hazırlanıb imzalanması zərurəti bir daha qeyd olunmuşdu. İrəvandakı İran səfirliyi qarşısında baş verənlər və Paşinyan hökumətinin davranışı bu bəyanatlara əsla uyğun gəlmirdi", - deyə materialda bildirilir.

Daha ətraflı videosüjetdə:

 

Chosen
15
1
moderator.az

2Sources