EN

Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı

Bakı. Trend:

Polşanın Zamost şəhərində yerləşən dairə məhkəməsi respublikanınMüdafiə Nazirliyinin əməkdaşı barəsində işi nəzərdən keçirib. Həminşəxs casusluqda və Ukrayna prezidenti Volodimir Zelenskininhəyatına sui-qəsdin təşkilində iştirakda şübhəli bilinir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Polşa xüsusi xidmətorqanlarının koordinatorunun nümayəndəsi Yaçek Dobjinski “X” sosialşəbəkə hesabında məlumat bölüşüb.

Dobjinskinin sözlərinə görə, Hrubeşov şəhərinin 50 yaşlı sakiniPolşaya qarşı xarici kəşfiyyatın maraqları naminə fəaliyyətgöstərməyə hazır olub.

İddialara əsasən, Pavel K. Rusiya hərbi kəşfiyyat strukturlarınaqoşulmaq və kəşfiyyat tapşırıqlarını yerinə yetirmək istədiyinibildirib. Xüsusilə, o, Jeşuv-Yasenka hava limanının fəaliyyətibarədə məlumat ötürməli idi.

Dobjinskinin sözlərinə görə, Pavelin planlarının vaxtındamüəyyənləşdirilməsi Zelenskinin həyatına sui-qəsdin qarşısınıalmağa imkan verib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Bundan əvvəl, Polşanın əks-kəşfiyyat xidmətinin Rusiyakəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən müdafiə sektorundaçalışan bir əməkdaşını saxladığı barədə məlumat yayılmışdı.

Məqalədə:
Chosen
17
2
az.trend.az

3Sources