EN

Gənc yazar Cavid Ocaqverdiyevin “Qırılan bağlar” kitabının təqdimatı keçiriləcək

Fevralın 8-də saat 12:00-da “LIBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında gənc yazar Cavid Ocaqverdiyevin “Qırılan bağlar” adlı kitabının təqdimat mərasimi və imza günü keçiriləcək

qHT.az xəbər verir ki, təqdimat münasibətilə gənc ictimai-siyasi fəal Cavid Vəkilov gənc yazarı təbrik edərək, onun yaradıcılıq yolunda bu mühüm addımın Azərbaycan ədəbiyyatı üçün dəyərli olduğunu bildirib. O qeyd edib ki, “Qırılan bağlar” gənc qələm sahiblərinin ədəbiyyata verdiyi töhfələrin nümunələrindən biridir.

Tədbir çərçivəsində müəllif oxucularla görüşəcək, kitab haqqında fikirlərini bölüşəcək və iştirakçılar üçün imza saatı təşkil olunacaq. Cavid Vəkilov əziz dostu, gənc yazar, Cavid Ocaqverdiyevə  gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayaraq, kitabın geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

Təqdimat mərasiminə ədəbiyyatsevərlər və gənc yazarın yaradıcılığı ilə maraqlanan hər kəs dəvətlidir.

Ünvan: Hüseyn Cavid prospekti 100, “Park Akademiya” filialı (“Elmlər Akademiyası” metro stansiyasının əsas girişi ilə üzbəüz)

Chosen
31
qht.az

1Sources