EN

Dini Komitə "Hər məsciddə kitabxana" layihəsini davam etdirir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən "Hər məsciddə kitabxana" layihəsinin növbəti mərhələsi Abşeron-Xızı bölgəsində uğurla başa çatıb.

“İki sahil” xəbər verir ki, bu mərhələdə Sumqayıt şəhəri ilə yanaşı, Abşeron və Xızı rayonlarındakı bir sıra məscidlərə kitablar təqdim olunub.

Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

Təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişinin artırılması, həmçinin məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də ictimai-mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlərə çevrilməsinə dəstək verməkdir.

Qeyd edək ki, 2025-ci ildə ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscid kitabxana ilə təmin edilib.

Bu mərhələ aşağıda adları göstərilən məscidləri əhatə edib:

Sumqayıt şəhəri:

"Cümə" məscidi

"Ceyhun xanım və Hacı Əhməd" məscidi

Kotec qəsəbə məscidi

Corat qəsəbə məscidi

Hacı Zeynalabdin Tağıyev qəsəbəsi "Bəyverdi" məscidi

Abşeron rayonu:

Xırdalan şəhəri "Cümə" məscidi

Novxanı qəsəbəsi, "Hacı Səfəralı" məscidi

Mehdiabad qəsəbə məscidi

Masazır qəsəbə məscidi

Saray qəsəbəsi "Cümə" məscidi

Aşağı Güzdək qəsəbə məscidi

Güzdək qəsəbəsi "Rəsulullah" məscidi

Hökməli qəsəbəsi "Hacı Məmmədhəsən Cümə" məscidi

Ceyranbatan qəsəbəsi "Hüseyniyyə" məscidi

Digah kəndi "Cümə" məscidi

Qobu qəsəbəsi "İmam Hüseyn" məscidi

Məmmədli kəndi "Şahsevən" məscidi

Qobustan kəndi "Kənd" məscidi

Xızı rayonu

Altıağac qəsəbə məscidi

Chosen
9
3
ikisahil.az

4Sources