EN

Kallas: Aİ Arktika strategiyasını yeniləyəcək

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqının (Aİ) nöqteyi-nəzərindən Arktika transatlantik təhlükəsizlikdə həlledici əhəmiyyətə malikdir və böyük diqqət və daha aktiv tədbirlər tələb edir, çünki Uzaq Şimalla bağlı yeni siyasətin vaxtı gəlib çatıb.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Norveçdə keçirilən "Arktika sərhədləri" konfransında bəyan edib.

O qeyd edib ki, 2008-ci ildə əvvəlki Arktika strategiyasında əsas diqqət ekoloji aspektlərə, iqlim dəyişikliyinə, elmi tədqiqatlara və balıqçılıq məsələlərinə yönəldilmişdi.

"Aİ-nin 2021-ci ildə sonuncu Arktika strategiyasını qəbul etməsindən bir il sonra ən böyük Arktika dövləti olan Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başladı ki, bu da bütün Avropa, eləcə də Arktikada gərginliyi gücləndirdi", – Avropa diplomatiyasının rəhbəri bildirib.

Kallasın fikrincə, Aİ üzv dövlətlərlə birlikdə təhlükəsizlik sahəsində dəyişən vəziyyəti nəzərə alaraq Arktika strategiyasını yeniləyir və Qrenlandiya regionun təhlükəsizliyinin təmin edilməsində əsas element olacaq.

Onun sözlərinə görə, Norveç Avropanın təhlükəsizliyinə həlledici töhfə verir, mart ayında 25 min hərbçinin iştirakı ilə Uzaq Şimal şəraitində təlimlər keçiriləcək. Aİ, həmçinin Norveçə SAFE müdafiə proqramına giriş imkanı verir, Norveç şirkətləri isə Avropa Müdafiə Fondunun proqramlarında iştirak edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
3
icma.az

4Sources