EN

Əmək bazarı və sosial müdafiə üzrə elmi-tədqiqat, həmçinin tələbələrin təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində yeni Anlaşma Memorandumu!

Əmək bazarı və sosial müdafiə üzrə elmi-tədqiqat, həmçinin tələbələrin təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində yeni Anlaşma Memorandumu!
 Bu gün Mingəçevir Dövlət Universiteti olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Anlaşma Memorandumu imzaladıq. 
 Əməkdaşlığın əsas istiqamətləri:
 Əmək bazarının vəziyyəti, sosial müdafiə sisteminin inkişafı və regional məşğulluq tendensiyaları üzrə birgə tədqiqatların aparılması.
 Əmək bazarında tələb-təklif uyğunsuzluqlarının qiymətləndirilməsi.
 MDU tələbə və məzunlarının peşə bacarıqlarının qiymətləndirilməsi üzrə monitorinqin təşkili.
 Əhalinin sosial rifah səviyyəsinin araşdırılması və mütəmadi hesabatların hazırlanması.
 MDU tələbələri və region əhalisi arasında sorğuların aparılması.
 Sosial müdafiə, məşğulluq və gənclərin işə hazırlıq səviyyəsinə dair monitorinq mexanizmlərinin qurulması.
 Sorğuların nəticələrinin analitik hesabatlar şəklində təqdim edilməsi.
 MDU tələbələri üçün Milli Observatoriyada istehsalat təcrübəsi, könüllülük və təcrübə proqramlarının təşkili.
Tələbələr üçün "əmək bazarı analitikası”, "data analitika”, "sosial siyasət”, "tədqiqat metodologiyası” üzrə seminar və təlimlərin keçirilməsi.
 Karyera istiqamətləri üzrə məsləhət xidmətlərinin təşkili.
 Eyni zamanda, Memorandumdan irəli gələn vəzifələrin icrası məqsədilə 2026-cı il üçün Birgə Tədbirlər Planı da təsdiqlənib.
 İnanırıq ki, bu əməkdaşlıq universitet–əmək bazarı əlaqələrinin gücləndirilməsinə, tələbələrin praktiki bacarıqlarının artırılmasına və region üzrə sosial-iqtisadi proseslərin elmi əsaslarla təhlilinə mühüm töhfə verəcək.
 Göstərilən diqqət və əməkdaşlıq üçün İdarə Heyətinin sədri Elnur Səfərli başda olmaqla Milli Observatoriyanın rəhbərliyinə təşəkkürümü bildiririk. 
 Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!
 
 



 


Chosen
12
7news.az

1Sources