“Çelsi”nin 19 yaşlı yarımmüdafiəçisi Tayrek Corc mövsüm sonuna qədər “Everton”a icarəyə göndərilib.
İdmanxeber.az-ın məlumatına görə, o, yeni komandasında 19 nömrəli formanı geyinəcək.
Corc “Çelsi”nin yetirməsidir və bu mövsüm London klubunda 11 oyuna çıxaraq 3 qol vurub, 1 məhsuldar ötürmə edib.