EN

ATF Göyçay qum çınqıl yatağını 7 000 manata aldı

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Tender kralı” kimi tanınan "ATF” şirkəti Göyçay rayonunda yerləşən "Göyçay” qum-çınqıl yatağını alıb. 

Qaynarinfo-nun məlumatına görə, yanvarın 27-də keçirilən hərracda yatağın yekun qiyməti 7000 manat olub. 

"Göyçay” qum-çınqıl yatağının sahəsi 3 hektar, həcmi isə 45 000 kubmetrdir. Yatağın istismar bir ildir. 

"ATF” MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüququ ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşən şirkətin qanuni təmsilçisi Azad Muradovdur.  

Şirkət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşları tərəfindən təsis edilib. Şirkətin adı da onların adlarının baş hərflərindən götürülüb. Açıq mənbələrdə "ATF” MMC haqqında heç bir məlumat yoxdur. 

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
qaynarinfo.az

1Sources