İstanbuldakı görüş ABŞ-ın əsl niyyətini ortaya qoyacaq.
Publika.az xəbər verir ki, bunu İran diplomatik mənbələri açıqlamalarında bildiriblər.
Mənbələrin sözlərinə görə, İstanbul görüşü ABŞ-ın danışıqlara ciddi yanaşıb-yanaşmadığını göstərəcək.
Qeyd olunur ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 6-da İstanbulda mümkün nüvə sazişini müzakirə etmək üçün görüşəcəklər.