EN

Epşteyn-Rotşild yazışmalarında Hitler haqqında dialoq diqqəti cəlb etdi

ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi idarə etmək ittihamı ilə həbs edilən, daha sonra həbsxanada vəfat edən milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlər diqqətçəkən yazışmaları üzə çıxarıb.

Turkustan.az xəbər verir ki, sənədlər arasında Epşteynlə “Ariane de Rotşild” təxəllüsündən istifadə edən bir şəxs arasında 31 dekabr 2018-ci il tarixli elektron poçt mübadiləsi yer alır. Yazışmalarda Adolf Hitlerlə bağlı iddialar müzakirə olunur.

E-poçtlara görə, Epşteyn Adolf Hitlerin ağır yoxsulluq dövründə Quttman, Epşteyn və Rotşild ailələri tərəfindən maliyyələşdirilən evsizlər və kimsəsizlər üçün nəzərdə tutulmuş bir sığınacaqda yaşadığını iddia edib.

“Ariane de Rotşild” adından yazan şəxs bu iddialara cavab olaraq, “Səxavətin mükafatlandırılmadığını və ya bunun hələ də bir sui-qəsd nəzəriyyəsi kimi təqdim edildiyini söyləməyin bir yolu varmı? Bu, olduqca acınacaqlı vəziyyətdir” ifadələrini işlədib.

Epşteyn isə bunun sui-qəsd nəzəriyyəsi olmadığını iddia edərək, məlumatların “100 faiz doğru” olduğunu bildirib. O, Hitlerin paltarlarını və bəzi sənət əsərlərini satdığını, əsasən Quttman, Epşteyn və Rotşild ailələri kimi yəhudi ailələr tərəfindən maliyyələşdirilən bir bunkerdə yaşadığını təkrarlayıb.

Epşteyn əlavə edib ki, “Epşteyn” ailəsi Vyanada fəaliyyət göstərən bankirlərdən ibarət olub.

Aytən Yaşar/ Turkustan.az

Chosen
12
turkustan.az

1Sources