EN

“Şad xəbər deyil!” Uşağa görə müavinət hamıya verilmir, yalnız işləyənlər alır

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

3 yaşadək uşaqlara qulluğa görə kimlər və nə qədər müavinət ala biləcək, sualına iqtisadçı Razi Abbasbəyli aydınlıq gətirib.

“Sherg.az” xəbər verir ki, R.Abbasbəyli Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və müavinətlərin hesablanması və ödənilməsi” Əsasnaməsinin yeni variantını şərh edib.

 Yeni qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq, dəfn, həmçinin sanatoriya-kurort müalicəsi üzrə müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi qaydaları müəyyənləşdirilib. İqtisadçı bildirib ki, qərara görə uşağın 1,5 yaşına qədər olan dövr üçün aylıq müavinət 44 manat, 1,5 yaşdan 3 yaşadək dövr üçün isə 28 manat müəyyən edilib. Yəni, burada hansısa artımdan söhbət getmir. Xüsusi bir yenilik də baş verməyib. Bu pulu kimlər ala bilər? 

- Uşağa qulluğa görə müavinəti əmək müqaviləsi ilə işləyən və uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq edən valideynlərdən biri (ana və ya ata) və ya ailənin digər işləyən üzvü (nənə, baba və s.) alır. Yəni bu müavinəti əldə etmək üçün mütləq rəsmi iş yeri olmalıdır. Tutaq ki, bir ailədə nə ana, nə ata rəsmi işləmir. Baba və ya nənə də işləmir və ya təqaüdçüdürsə, o zaman uşağa 3 yaşadək qulluğa görə müavinət təyin edilmir. Yəni xəbəri belə təqdim etmək lazımdır. Yalnız rəsmi əmək müqaviləsi ilə işləyənlərin əmək haqqına qismən məzuniyyət pulu kimi yuxarıda qeyd etdiyimiz vəsaitlər əlavə edilir. İnsanları aldatmaq lazım deyil. Daha çox sosial dəstəyə ehtiyacı olan işsiz valideynlər bu müavinəti ala bilmirlər. Bu qədər sadə və aydın ifadə etmək olardı ki, hansısa tiktoker(lər) də az qala bunu “şad xəbər” kimi təqdim edib insanları çaşdırmasın. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
sherg.az

1Sources