Uşaq istismarı və beynəlxalq seks ticarəti şəbəkəsi yaratmaqda ittiham olunan amerikalı maliyyəçi Jeffrey Epsteinlə bağlı yayımlanan yeni sənədlər üzrə Türkiyədə istintaq başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ankara Prokurorluğundan bildirilib.
Prokurorluq istintaq çərçivəsində yeni sənədlərdə yer alan iddialar, mümkün əlaqələr və Türkiyə ilə bağlı ola biləcək elementlər araşdırılacaq.
Araşdırmanın gedişində zərurət yaranacağı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq mexanizmlərinin də işə salına biləcəyi istisna olumur.
Qeyd edək ki, Epstein dosyesində açıqlanan sənədlərdə Türkiyə ilə bağlı bir sıra iddialar yer alır. Həmin materiallarda bəzi tanınmış türk iş adamlarının adları, eləcə də Antalyadakı Rixos Premium Belek oteli ilə əlaqəli olduğu iddia edilən yazışmalar diqqət çəkir. Dosyedəki iddialara əsasən, Antalyadakı Rixos Premium Belek otelinin rəhbərliyi ilə Epsteinin köməkçisi Lesley Groff ilə otel rəhbərliyi arasında “masajçı qızlar”, onların yerləşdirilməsi, ödənişlər və “ev sahibliyi” mövzularında yazışmaların yer alıb. Sənədlərdə, Epsteinin seçdiyi gənc qızların oteldə masaj kursları adı altında cinsi istismara hazırlanmasının və bunun qarşılığında ödənişlərin Epsteinin şəxsi hesabından edildiyinin göstərildiyi bildirilir.
(yeni sabah)