EN

"Bakı Fond Birjası"nın dövriyyəsi 48%-dən çox azalıb

2026-cı ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 milyard 294 milyon 960 min manat təşkil edib.

“APA-Economics” BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 48.6% azdır.

Ümumilikdə, hesabat dövründə kapital bazarında 1811 əqd bağlanıb.

Məlumata görə hesabat dövründə, dövlət qiymətli kağızları üzrə əməliyyatların həcmi 414 milyon 995 min 785 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının notları üzrə əməliyyatların həcmi isə 88 milyon 586 min 741 manat olub.

Korporativ qiymətli kağızlar bazarında əməliyyatların ümumi dəyəri 34 milyon 491 min 202 manat təşkil edib.

BFB-də aparılan əməliyyatlarda əsas pay REPO əməliyyatlarının payına düşüb. Belə ki, hesabat ayında REPO əməliyyatlarının həcmi 4 milyard 756 milyon 886 min 875 manat olub.

"Cebheinfo.az"

Chosen
5
cebheinfo.az

1Sources