EN

"Neftçi"-"Qarabağ" oyunu baş tutacaq

Yazını böyüt
Yazını kiçilt

Misli Premyer Liqasının XXI turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Qarabağ" matçı planlaşdırıldığı kimi baş tutacaq.

Hafta.az xəbər verir ki, "Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsində "Newcastle United" ilə oyun öncəsi qarşılaşmanın təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət edib. Lakin qaydalara əsasən matçın vaxtının dəyişdirilməsi üçün hər iki klubun razılığı tələb olunur.

"Neftçi" tərəfi bu təklifi qəbul etməyib və oyunun təxirə salınmasına etiraz edib.

Bununla da qarşılaşmanın vaxtı dəyişdirilməyib.

Chosen
3
1
hafta.az

2Sources