EN

Rusiya Kiyevi vurdu, minlərlə insan soyuqda qaldı

BAKI, 3 fevral. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin fevralın 3-də Ukraynanın paytaxtı Kiyevin Darnitski və Dnipro rayonlarında kritik infrastruktur obyektlərinə genişmiqyaslı hücumundan sonra 1100-dən çox bina istilik təminatından məhrum qalıb. Kommunal işçilər boruların donmasının qarşısını almaq üçün istilik sistemlərindəki suyu boşaldıblar.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verob.

Mer bildirib ki, bu binalara istilik verən infrastruktur obyekti gecə saatlarında ciddi zədələnib. Mütəxəssislər obyektin zədə miqyasını və bərpa perspektivlərini qiymətləndirirlər.

Chosen
9
teleqraf.com

1Sources