EN

Yusif Vəliyev: Gənclərin intellektual yarışlara marağı ildən-ilə artır VİDEO

Bakı, 3 fevral, Günel Türksoy, AZƏRTAC

2 Fevral - Gənclər Günü Azərbaycan dövlətinin gənclərə olan bir ümidinin rəmzidir. Bu gün, həmçinin Ulu Öndər Heydər Əliyevin gənclərə mirasıdır. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində gənclər dövlətin mərkəzinə gətirildi. Bu siyasət Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev "Gəncİntellekt" tədbirində çıxış edərkən deyib.

O, bundan əvvəl keçirilən yarışlarda komanda şəklində mübarizə aparıldığını xatırladıb və bildirib ki, bu yarışda hər bir gənc özü üçün mübarizə aparır. “Maraqlısı odur ki, gənclər qərarvermə prosesində özləri iştirak edirlər. Gənclər bu tip intellektual yarışlara ildən-ilə daha böyük maraq göstərirlər. Ona görə də il ərzində belə layihələrin keçirilməsi davam edəcək", - deyə o diqqətə çatdırıb.

Chosen
27
azertag.az

1Sources