GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Əfqanıstanın Kabil Tibb Elmləri Universitetində Məhəmməd Peyğəmbərin dövrünə aid təcrübələrə əsaslanan “peyğəmbərlik təbabəti” fakültəsi açılacaq.
Globalinfo.az xəbər verir ki, bunu Əfqanıstan Təhsil Nazirliyi bəyan edib.
Məlumata görə, qərar Taliban lideri Heybətullah Axundzadənin göstərişi ilə verilib.
Nazirlik bildirir ki, fakültə ixtisaslı mütəxəssislərin hazırlanmasına kömək edəcək.
Təşəbbüsün məqsədi Əfqanıstanın səhiyyə sistemini İslam prinsiplərinə əsaslanaraq gücləndirməkdir.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.