EN

Azərbaycanın Hərbi prokuroruna yeni müavin təyin edildi

Azərbaycanın Hərbi prokuroruna yeni müavin təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə gətirilib.

Kamran Əliyevin digər əmri ilə ədliyyə polkovnik-leytenantı Samir Qarayev Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov ötən gün işdən çıxarılıb və Abşeron rayon prokuroru təyin edilib.  


Telegram kanalımız
Chosen
8
8
yenisabah.az

10Sources