EN

Parisdə Maskın “X” platformasının ofislərində axtarış aparılır


Fransada Paris prokurorluğu ABŞ-li milyarder İlon Maskın sahibi olduğu sosial media platforması “X”in şəhərdəki ofislərində axtarış aparır.
Yeniavaz.com
“Euronews”ə istinadən xəbər verir ki, axtarış Prokurorluğun Kibercinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən həyata keçirilir və prosesə “Avropol” da cəlb olunub.
Bundan əlavə, “X”in sahibi İlon Mask və platformanın keçmiş baş direktoru Linda İakkarino 20 aprel tarixində keçiriləcək “könüllü dinləmə” üçün məhkəməyə çağırılıblar.
Agentliklərin məlumatına görə, istintaq 2025-ci ilin yanvarında başlayıb və “X”in alqoritmi ilə tövsiyə olunan məzmunla bağlı daxil olan şikayətlər əsasında aparılır. Paris prokurorluğu əməliyyatın platformanın Fransa qanunvericiliyinə uyğunluğunu təmin etmək məqsədi daşıdığını bildirib.
İstintaq 2025-ci ilin iyul ayında daha da genişləndirilib. Buna səbəb platformanın cinsi xarakterli “deepfake” videoların və Holokostu inkar edən materialların yayılması üçün istifadə edildiyi barədə məlumatlar olub. “X” isə həmin dövrdə yayımladığı açıqlamada istintaqın genişləndirilməsini “siyasi motivli” adlandıraraq alqoritm manipulyasiyası ilə bağlı iddiaları rədd edib.
Hazırda “X” hadisə ilə bağlı rəsmi mövqe açıqlamayıb.
“X”in Parisdəki ofislərində aparılan axtarışa “Telegram”ın qurucusu Pavel Durov da münasibət bildirib. O, sosial şəbəkədə paylaşım edərək Fransa hakimiyyətini tənqid edib. Durovun sözlərinə görə, Fransa “Telegram”, “X”, “TikTok” kimi müəyyən dərəcədə azadlıq verən bütün sosial şəbəkələri təqib edən yeganə ölkədir.
Chosen
23
yeniavaz.com

1Sources