EN

Kafedən oğurluq edən iki şəxs saxlanıldı

Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, naməlum şəxslər kafenin arxa hissəsində yerləşən pəncərədən içəri daxil olaraq 160 manat pul və 400 manat dəyərində 2 mobil telefon oğurlayıblar.

Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Fərzəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar. Onların taladıqları telefonları satdıqları məlum olub.

Chosen
3
9
publika.az

10Sources