EN

Qadın futbolçunun bu VİDEOSU gündəm oldu: Köhnə sevgilisini qısqandırıb?

Qadın futbolunun ulduzu və sosial şəbəkələrdə ən populyar idmançılardan biri olan Alişa Lemann yenidən diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, "Lester" futbolçusu yeni sevgilisi, "Love Island" (Sevgi adası) şousunun iştirakçısı Montil Makkenzi ilə əyləncəli və eyni zamanda romantik video paylaşıb.

Cütlük münasibətlərini cəmi bir ay əvvəl, Alişanın 27 yaşını qeyd etməsindən dərhal sonra rəsmi şəkildə təsdiqləyib.

Videoda aşiq cütlük əvvəlcə top ilə "jonqlyorluq" edir, daha sonra isə əsl akrobatik hərəkətlərə keçir. Onlar əvvəlcə sinxron şəkildə topu öpür, ardınca bir-birinin kürəyində duraraq müxtəlif hərəkətlər edir, daha sonra Montil Alişanı çiyinlərinə qaldırır və sonda cütlük qucaqlaşır.

Video qısa zamanda sosial şəbəkələrdə yayılıb və minlərlə şərh toplayıb. Bəzi azarkeşlər hətta Lemannın bununla keçmiş sevgilisi Duqlas Luizini qısqandırmaq istədiyini irəli sürüblər.

Chosen
13
publika.az

1Sources