EN

Africa–Azerbaijan Cooperation Gulfood 2026 beynəlxalq sərgisində təmsil olundu – FOTOLAR

Africa–Azerbaijan Cooperation platforması Gulfood 2026 beynəlxalq sərgisində iştirak edib. Bu barədə Africa–Azerbaijan Cooperation platformasının rəhbəri Rəna Qəfərova QHT.az-a məlumat verib.

"Tədbir çərçivəsində 300-dən çox Afrika şirkəti ilə tanışlıq baş tutub, yeni biznes əlaqələri qurulub və tərəfdaşlar Azərbaycanda keçiriləcək sərgi və biznes forumlarına, eləcə də müxtəlif əməkdaşlıq platformalarına dəvət olunublar.

Keçirilən görüşlər Afrika–Azərbaycan arasında ticarət və investisiya əlaqələrinin genişlənməsi, eləcə də uzunmüddətli tərəfdaşlıqların formalaşması baxımından mühüm imkanlar yaradıb. Sərgi çərçivəsində qarşılıqlı maraq doğuran sahələr üzrə ilkin razılaşmalar əldə olunub, gələcək birgə layihələrin müzakirəsi aparılıb.

Qeyd edək ki, Africa–Azerbaijan Cooperation təşəbbüsü beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeni bazarlara çıxış və biznes şəbəkələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Chosen
45
qht.az

1Sources