EN

3 yaşadək uşağa qulluğa görə nə qədər ödəniləcək? (AÇIQLAMA)

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş nazir Əli Əsədov "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və müavinətlərin hesablanması və ödənilməsi” Əsasnaməsinin yeni variantını təsdiqləyib.  Yeni qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq, dəfn, həmçinin sanatoriya-kurort müalicəsi üzrə müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi qaydaları müəyyənləşdirilib. 

Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və ya davam edən sosial sığorta hadisələrinə əvvəlki normalar tətbiq olunacaq. Hamiləlik, üç yaşına qədər uşağa qulluq və digər müavinətlər isə yeni qaydalara uyğun hesablanacaq. 

Bəs üç yaşına qədər uşağa qulluğa görə ödənişin məbləği nə qədərdir? 

İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, uşağın üç yaşına qədər qulluq edilməsinə görə müavinət yeni qaydalara əsasən ödəniləcək:

"Rəsmi mənbələrə əsasən, uşağın 1,5 yaşına qədər olan dövr üçün aylıq müavinət 44 manat, 1,5 yaşdan 3 yaşadək dövr üçün isə 28 manat müəyyən edilib. Bu ödənişlər uşağın 3 yaşı tamam olanadək aylıq şəkildə verilir və qismən ödənişli sosial məzuniyyət dövründə tətbiq olunur".

Ekspertin sözlərinə görə, yeni təsdiqlənmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələr” Əsasnaməsi qüvvəyə mindiyi tarixədək baş vermiş və ya davam edən hallar üçün əvvəlki normalar qüvvədə qalacaq:

"Lakin ümumilikdə, uşağa qulluğa görə müavinətin məbləği yuxarıda qeyd olunan həcmdə saxlanılır".

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
qaynarinfo.az

1Sources