EN

Enerjili qalmaq üçün tövsiyə olunan qidalar aşıqlandı

Gün ərzində enerjili və gümrah qalmaq üçün düzgün qida seçimi vacibdir.

 

Pravda.az bildirir ki, bəzi məhsullar bədəni uzunmüddətli enerji ilə təmin edir və yorğunluğun qarşısını almağa kömək edir.

 

Tövsiyə edilən qidalar arasında yulaf əzməsi xüsusi yer tutur. Tərkibindəki kompleks karbohidratlar enerjinin tədricən sərbəst buraxılmasını təmin edir. Zülalla zəngin süd və qatıq məhsulları, eləcə də qoz-fındıq növləri bədənin enerji ehtiyacını dəstəkləyir. Omeqa-3 yağ turşuları ilə zəngin yağlı balıqlar beyin və bədən fəaliyyətini gücləndirir.

 

Bundan əlavə, paxlalılar, xüsusilə lobya növləri, lif və protein tərkibi ilə gün boyu toxluq və enerji hissi yaradır. B12 vitamini və dəmir mənbəyi olan yağsız qırmızı ət də enerji mübadiləsinə müsbət təsir göstərir.

 

Mütəxəssislər bildirirlər ki, bu qidaların gündəlik rasiona daxil edilməsi daha aktiv həyat tərzi və davamlı enerji üçün faydalıdır.

 

Əminə Bayramova

Tarix: 3 Fevral 2026, 16:21   
Chosen
8
pravda.az

1Sources