EN

Fərqanə Cabbarova: Bülbülün Memorial Muzeyində 9 mindən çox eksponat qorunur

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Bülbülün Memorial Muzeyi maarifləndirmə fəaliyyətini prioritet vəzifələrindən biri hesab edir və buna uyğun olaraq muzeydə mütəmadi tədbirlər keçirilir. Ötən il ərzində bir sıra sərgi, görüş və konsert proqramları təşkil olunub. Muzeyin iki ilə yaxındır təqdim etdiyi "Bülbülün qonaqları" layihəsi məhz maarifləndirmə məqsədi daşıyır. Layihə çərçivəsində Bülbülün sağlığında onun evində qonaq olmuş görkəmli şəxsiyyətlər yad edilir. Ötən il bu layihə çərçivəsində Xalq şairi Səməd Vurğun 120 illiyi, görkəmli tarzən Qurban Pirimovun 145 illiyi, dünyaşöhrətli müğənni və SSRİ Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş konsert proqramları təşkil olunub.

Bunu AZƏRTAC-a açıqlamasında Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova deyib.

Onun sözlərinə görə, maarifləndirmə məqsədilə tədbirlər zamanı videoçarxlar nümayiş etdirilir və həmin şəxslərə məxsus muzeyin fondlarında qorunan eksponatlar təqdim edilir. Həmçinin Beynəlxalq Ev-Muzeyləri Günü, Beynəlxalq Muzeylər Günü, “İnsan Hüquqları Aylığı”na həsr olunmuş görüşlər, Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunmuş “Üzeyir bəyin notları”, Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “Zəfər yolu” adlı sərgilər və “Uşaq Hüquqları Aylığı”na həsr olunmuş tədbirlər də maarifləndirici xarakter daşıyır.

Fərqanə Cabbarova Muzeydə Bülbülün elmi, pedaqoji, yaradıcı, ictimai fəaliyyəti haqqında 9 mindən çox eksponatın qorunduğunu deyib: “Muzey Azərbaycan professional vokal sənətinin banisi Bülbülün irsini araşdırır, toplayır, qoruyur, təbliğ edir. Bülbül irsinin qorunması üçün onun fəaliyyəti və yaradıcılığı daim araşdırılmalı, tədqiqat işləri aparılmalı, yeni kitablar nəşr edilməli, kütləvi tədbirlər daha geniş auditoriya üçün təşkil olunmalı, filmlər hazırlanmalı və təbliğ edilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
2
azertag.az

3Sources