Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İraq, Banqladeş və İndoneziya da daxil olmaqla, beş ölkə Pakistanın JF-17 qırıcı təyyarəsini almaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Pakistan Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.
“Pakistan 2025-ci ilin may ayında Hindistanla münaqişə zamanı Çin istehsalı olan təyyarələrinin performansını təriflədikdən sonra Səudiyyə Ərəbistanı və Liviya da təyyarəni araşdırır.
Təxminən 40-50 milyon dollar dəyərində olan təyyarə Qərb rəqibləri olan “Dassault Aviation” və “Lockheed Martin”dən daha ucuzdur. Lakin Pakistan ildə əsasən öz hava qüvvələri üçün 20-dən az təyyarə istehsal edir ki, bu da ixrac tələbatını ödəmək qabiliyyətinə şübhə yaradır”, - məlumatda bildirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.