EN

Elmar Məmmədyarov: Epşteyn kimdir ki, onunla görüşüm

BAKI, 3 fevral. TELEQRAF

"Amerikalı maliyyəçi Ceffri Epşteyn ətrafında yaranmış qalmaqal fonunda onun Azərbaycana gəlməsi və guya xarici işlər naziri kimi mənimlə görüşməsi tamamilə absurddur".

Bu sözləri Teleqraf-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Epşteyn” məsələsi ilə bağlı haqqında səslənən iddialara cavab verərkən deyib.

“ABŞ-dən Azərbaycana yüksək səviyyəli məmurlar, konqres üzvləri gəldikdə mənim vəzifəm ondan ibarət idi ki, onlarala görüşüb, ölkəmizin mövqeyini onlara çatdırım. Bu təbii bir məsələdir. Onlar xahiş edirlər, nazir kimi də mən də qəbul edirdim”, - deyə, sabiq nazir bildirib.

Elmar Məmmədyarov Epşteynlə görüşmədiyini, onun tanımadığını, Azərbaycana gəlməsindən xəbərinin olmadığını söyləyib: “Bu gün öyrəndim ki, belə bir şey olub. Jurnalistlər də soruşdu. Dedim siz bilirsiniz ki, dəqiq odur? Guya gəlib bulvarda şəkillər paylaşıb, Bakını tərifləyib və s. Amma mənim bunlardan xəbərim olmayıb. Hətta jurnalistlərə dedim ki, bəlkə xəbəri Dövlət Sərhəd Xidmətindən dəqiqləşdirək? Doğrudanda o bizim sərhəddi keçib ya, yox? Çünki nazir kimi mən onu qəbul etməmişəm. Burada səviyyə məsələsi də var axı, Epşteyn kimdir ki, hansısa ölkənin xarici işlər naziri onu qəbul etsin?”

Chosen
11
3
teleqraf.com

4Sources