
“Rusiyanın TRIPP-də iştirakı absurddur”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsində deyib.
"Əvvəla, TRIPP erməni-amerikan təşkilatıdır. Əgər söhbət belə bir marşrutun və ya yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır. Lakin TRIPP çərçivəsində düşünürəm ki, bu, bir qədər absurddur, çünki bu, TRIPP-in tez bir zamanda fəaliyyət göstərməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək demək olardı", - deyə siyasətçi vurğulayıb.
Simonyan qeyd edib ki, Rusiyanın regiona marağı normaldır, çünki böyük bir dövlət belə fəaliyyət göstərir.
Daşqın HəsənovMissiya.Az