EN

“X”-in Parisdəki ofisində axtarış aparılıb

Yazını böyüt
Yazını kiçilt

Fransa polisi “X” şirkətinin Parisdəki ofisində axtarış aparıb. Axtarış alqoritmlərin sui-istifadəsi ilə bağlı bir ildən çoxdur davam edən araşdırma çərçivəsində aparılıb.

Hafta.az xəbər verir ki, Paris prokurorluğu “X” platformasında süni intellekt çatbotu olan “Grok”la bağlı şikayətləri nəzərə alaraq araşdırmaları genişləndirib.

İstintaq, eyni zamanda, “X”-dən uşaq pornoqrafiyası və şəxsi şəkillərin mahiyyətinin “Deepfake” vasitəsilə seksual yöndə dəyişdirilməsi və yayılması üçün istifadə olunması üzrə iddiaları da araşdırır.

Şirkətin sahibi İlon Mask aprelin 20-də dindirilməsi üçün prokurorluğa çağırılıb.

“X” şirkətinin digər əməkdaşları da şahid qismində prokurorluğa dəvət ediliblər. /“Reuters“/

Chosen
5
5
hafta.az

10Sources