EN

İndi ABŞ İrana çoxdan hücum etmişdi - Azər Badamov

Yazını böyüt
Yazını kiçilt

İranda etiraz aksiyalrı səngisə də, hazırki durum Amerika Birləşmiş Ştatlarının (ABŞ) müharibə təhdidləri altında özünün gərginliyini qoruyur. Müharibə təhlükəsi bütövlükdə region üçün dağıdıcı təhdid olaraq müzakirə olunur. Qlobal güclərin bu prosesdə nə dərəcədə sülhyaradıcı təsirlərə malik ola biləcəyi isə sual olaraq qalır.

Hazırda İrandakı durum hansı xüsusatları ilə diqqət çəkir və çıxış yolları nədir?

Bu istiqamətdə Hafta.az-ın suallarını Milli Məclisin deputatı Azər Badamov cavablandırıb.

- İrandakı hazırki iqtisadi çağırışları və daxili ictimai-siyasi dinamikanı necə dəyərləndirirsiniz?

- İran İslam Respublikası uzun müddətdir ki, sanksiyalar altında olduğundan xarici ticarəti istədiyi kimi qura bilmir. O cümlədən, neftin satışı da sanksiya altında olduğundan dövlətin gəlirləri kəskin azalır. Bu da yüksək infilyasiya, milli valyutanın kəskin dəyərsizləşməsi və enerji problemlərini artırmaqla iqtisadi böhranı dərinləşdirib. İqtisadi böhranın dərinləşməsi mal və xidmətlərin qiymətlərinin kəskin bahalaşmasına və insanların sosial vəziyyətin ağırlaşmasına gətirib çıxarıb. Sosial vəziyyətin ağırlaşması insanlar arasında narazılığın artmasına və həm də xarici qüvvələrin dəstəyi ilə ölkədə etiraz dalğasının böyüməsinə yol açdı. Düzdür , dövlət güc alətlərindən istifadə edərək etiraz aksiyaları yavaşıda bilmişdir. Amma bu tam sabitliyin bərqərar olunması hesab etmək olmaz. Bu baxımdan hesab edirəm ki, hökumət represiv addımlar atmaq əvəzinə böhranın aradan qaldırılması istiqamətində tədbirlər aparmalıdır. İlk növbədə xalqın qaldırdığı problemlərin həll edilməsi istiqamətində dialoq qurmalıdır. İran daha sonra regionda yeni müharibə ocağının yaranmaması üçün diplomatik kanallarla və ikitərəfli görüşlərlə ABŞ-la danışqlar aparmalı və müəyyən mümkün məsələlərdə razılığa gəlməli olduğunu düşünürəm.

- Bakı və İrəvanın sülh istiqamətində razılığa gəldiyi indiki şəraitdə Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirən infrastruktur layihələri (TRIPP) gündəmdədir. Eyni zamanda, Azərbaycanın əsas ərazisini İran vasitəsilə Naxçıvana bağlayan “Araz dəhlizi” adlı alternativ marşrut da mövcuddur. Tehran bu yeni regional konyunkturada hansı perspektivləri proqnozlaşdırır və hər iki dövlətin iqtisadi rifahına töhfəvermə ehtimalı nə dərəcədə realdır?

- Zəngəzur dəhlizinin tərkib hissəsi olan TRIPP layihəsi qitələr arasında iqtisadi bağlantı yaradacq əsas kommunikasiya olacaqdır. Bununla yanaşı “Araz” dəhlizi də əhəmiyyətli nəqliyyat kommunikasiyası olaraq fəaliyyət göstərəcək. Zəngəzur dəhliznə qlobal maraq böyükdür. Bu da yüklərin daşınmasında ancaq TRİP-lə kifayətlənməməyi aktual edir. Çünki, Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma gücü 25 milyon ton olacaq. Amma TRİPP ilkin mətrhələdə 15 milyon ton yükkeçirmə gücündə olacağı bildirilir. Bu da Araz dəhlizi vasitəsilə əlavə yüklərin aparılmasını zəruru edir. Bu baxımdan dövlət başçılarımız telefon danışığ zamanı Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığını vurğulanması bu dəhlizin xüsusi əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Təbii ki, həm Tripp, həm də Araz dəhlizi Zəngəzur dəhlizinin tərkib hissələri olaraq ölkələrimizin iqtisadiyyatlarının inkişafına, qarşılıqlı maraq əsasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

- Son günlər Prezident İlham Əliyevin və xarici işlər naziri Ceyhun Bayramovun İranlı həmkarları ilə danışıqları olub. Bu danşıqlarda nələr müzakirə olunub və bu nəyə hesablanır?

- Dövlət başçıları və xarici işlər nazirləri Azərbaycan İran münasibətlərinin inkişaf etdirilməsi və İranda baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər. Azərbaycan öz ərazisni üçüncü dövlətlər arasında müharibə üçün plasdarma etmir. Biz regionumuzda sülh və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyirik. Bununla yanaşı ölkəmiz həm də gərginlik ocaqların nizmalanmasına töhfə verməyə çalışır. O cümlədən prezident İlham Əliyev Məsud Pezişkiana telefon zəngi zamanı İran ətrafında baş verən hadisələrdən narahatlığı ifadə edərək gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğumuzu və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu diqqətinə çatdırıb. Azərbaycan qonşu ölkələrdə gərginliyin yaranmasını arzulamır. Qonşularımızda ictimai-siyasi sabitlik möhkəm olanda regionumuz daha sürətlə inkişaf edir.

- ABŞ-ın İrana güc tətbiqi sanki bir tapmacaya dönüb. Sizcə, Tramp hücum edəcəkmi?

- ABŞ-ın İrana hücum edəcəyini düşünmürəm. Çünki İran heç də Venesuela deyil. İranın raket sənayesi çox yaxşşı inkişaf edib. Həm də İranın müttəfiqləri də dəstək göstərir. Bu İranın mövqelərini kifayət qədər gücləndirib. ABŞ İrana hücum etsəydi bunu çoxdan etmişdi. İndiki halda bu, müharibədən çox əzələ nümayişi kimi görünməkdədir.

- Hərbi müdaxilə olarsa, İranın cavabı necə olacaq və müharibə başlayarsa neçə gün davam edə bilər. İran bu hücuma qarşı nə qədər davam gətirə bilər?

- Əgər ABŞ hücum etməyə qərar verib müharibəyə başlasa, İran da bundan əvvəlki 12 günlük müharibədə olduğu kimi cavab verib kifayətlənməyəcək. İran 12 günlük müharibədən mühüm nəticələr çıxarıb və səhvlərində düzəlişlər edib. Bu baxımdan yaranmış gərginliklə bağlı İranın özünün müdafiə strategiyası qurulmuşdur. Bu, ilk növbədə vurulacaq hədəflərin müəyyən olunmasıdır. Bu baxımdan ABŞ İranın planlarından xəbardardır və ona görə də güc işlətməkdən yayınaraq danışqlarla mübahisəni nizmalanmağına üstünlük verəcəyini hesab edirəm.

Tahirə Qafarlı

Chosen
9
hafta.az

1Sources