EN

Avropada ən yüksək və ən aşağı minimum əməkhaqqı hansı ölkələrdədir?

Avropanın əsas statistika qurumu olan “Eurostat” minimum əməkhaqqı məbləği və digər göstəricilərlə bağlı yanvar ayı üzrə stastistikanı dərc edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  Avropada minimum əməkhaqqı ölkələr üzrə kəskin şəkildə fərqlənir.

“Euronews Business” 2026-cı ilin əvvəlinə olan vəziyyətə əsaslanaraq minimum əməkhaqqını həm avro ifadəsində, həm də alıcılıq qabiliyyəti baxımından daha yaxından araşdırıb.

Avropa İttifaqına üzv 22 ölkədə təxminən 12,8 milyon işçi minimum əməkhaqqı ilə və ya ondan da az gəlirlə çalışır.

Lakin 2026-cı ilin yanvar ayına olan məlumata görə, minimum əməkhaqqı alanların təxminən üçdə biri 2025-ci ilin iyul ayı ilə müqayisədə heç bir artım görməyib. Dörd ölkədə isə son bir il ərzində minimum əməkhaqqıda ümumiyyətlə artım baş verməyib.

Beləliklə, 2026-cı ilin yanvar ayından etibarən Avropada hansı ölkələr ən yüksək minimum əməkhaqqıya malikdir? Bu əməkhaqqı alıcılıq qabiliyyəti baxımından dəyəri nə qədərdir? Nominal avro məbləğləri ilə alıcılıq qabiliyyəti müqayisə edildikdə sıralama necə dəyişir?

Beş ölkədə minimum əməkhaqqı 2 000 avrodan yuxarıdır. Söhbət Lüksemburq, İrlandiya (2 391 avro), Almaniya (2 343 avro), Niderland (2 295 avro) və Belçikadan (2 112 avro) gedir. (Trend)

Chosen
7
2
fed.az

3Sources