EN

Ukraynanın dövlət borcu təxminən 30 faiz artıb

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynanın dövlət borcu 213,3 milyard dollara çatıb ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə təxminən 30 faiz çoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 2025-ci il dekabrın 31-nə olan vəziyyətə əsasən, Ukraynanın dövlət və dövlət tərəfindən zəmanət verilmiş ümumi borcu 9,042 trilyon qrivna və ya 213,3 milyard dollar təşkil edib.

Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 29,5 faiz (dollar ifadəsində 28,4 faiz) artım deməkdir.

Maliyyə Nazirliyi bildirir ki, 2025-ci ildə Ukraynanın dövlət borcu 47,3 milyard dollar artıb. Artımın əsas səbəbi beynəlxalq tərəfdaşlar tərəfindən təqdim olunan maliyyə vəsaitləri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
baku.ws

2Sources