EN

“Sosial mediadan balanslı istifadə etmək həm psixoloji, həm zehni, həm də fiziki sağlamlığımız üçün çox önəmlidir”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Sosial media və texnologiyaların həyatımızda həddindən artıq yer tutub. İnsanlar saatlarla ekran qarşısında vaxt keçirirlər, bir-birlərinə kifayət qədər zaman ayırmırlar. Nəticədə real və isti insan təması azalır ki, bu da depressiyanın yayılmasını sürətləndirir. Sosial media və texnologiyaların həyatımızda həddindən artıq yer tutması real ünsiyyəti azaldır, isti insan təmasını zəiflədir və bu da depressiyanın yayılmasına səbəb olur.İsti insan təması və səmimi ünsiyyətin psixoloji sağlamlıq üçün əhəmiyyəti nə qədərdir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan psixoloq Aysun Alyarova bildirib ki, insanlar bir-biri ilə təmas quranda beyində oksitosin-xoşbəxtlik hormonu artır.

Aysun Alyarova

“Ümumiyyətlə elmi araşdırmalara əsasən insan bir-biri ilə təmas quranda-qucaqlaşanda bu beyində oksitosin- xoşbəxtlik hormonunu artırır. Nəticədə insanda təhlükəsizlik hissi yaranır. Hər hansı bir narahatlığı, gərginliyi varsa, stressi varsa stress hormonu olan kortizolun səviyyəsi aşağı düşür. Təbii olaraq səmimi ünsiyyət isti insan təmasında olanda bu insanlar düşünürlər ki, “mən önəmliyəm”, “mən dəyərliyəm”, “mən anlaşılıram”, “mən dinlənilirəm” - bu da onlara çox böyük rahatlıq verir. İnsan özünü daha yaxşı hiss edir. Həmçinin insanı özünü ifadəetmə bacarığı ya formalaşır, ya da artmağa başlayır. Bu xüsusiyyət insandan-insana fərqlənir. Hər bir halda sosial mediadan balanslı istifadə etmək bizim həm psixoloji, həm zehni, həm də fiziki sağlamlığımız üçün çox önəmlidir”-deyə Aysun Alyarova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
bizimyol.info

1Sources