EN

Fransa prokurorluğu Maskı dindirməyə çağırıb, “X” in Parisdəki ofisində axtarış aparılıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa polisi “X” şirkətinin Parisdəki ofisində axtarış aparıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, axtarış alqoritmlərin sui-istifadəsi ilə bağlı bir ildən çoxdur davam edən araşdırma çərçivəsində aparılıb.

Paris prokurorluğu “X” platformasında süni intellekt çatbotu olan “Grok”la bağlı şikayətləri nəzərə alaraq araşdırmaları genişləndirib.

İstintaq, eyni zamanda, “X”-dən uşaq pornoqrafiyası və şəxsi şəkillərin mahiyyətinin “Deepfake” vasitəsilə seksual yöndə dəyişdirilməsi və yayılması üçün istifadə olunması üzrə iddiaları da araşdırır.

Şirkətin sahibi İlon Mask aprelin 20-də dindirilməsi üçün prokurorluğa çağırılıb.

“X” şirkətinin digər əməkdaşları da şahid qismində prokurorluğa dəvət ediliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
5
apa.az

10Sources