EN

UNEC dosenti Mehriban Məhərrəmova AQTA yanında İctimai Şuranın sədri seçilib

Bakı. Trend:

UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosentiMehriban Məhərrəmova Azərbaycan Respublikasının Qida TəhlükəsizliyiAgentliyi (AQTA) yanında fəaliyyət göstərən İctimai Şuranın sədrivəzifəsinə seçilib.

Bu barədə Trend-ə UNEC-dən məlumat verilib.

Bildirilir ki, UNEC-in rəsmi nümayəndəsi kimi bu məsuliyyətlimissiyanı öz üzərinə götürən Mehriban Məhərrəmova şuranın sədriqismində Agentliyin fəaliyyətində şəffaflığın artırılması və qidatəhlükəsizliyi sahəsində effektiv ictimai nəzarətin gücləndirilməsiistiqamətində işlər aparacaq. O, dövlət siyasətininformalaşdırılması və mühüm qərarların qəbulu zamanı ictimai rəyinbirbaşa nəzərə alınmasına, habelə dövlət orqanı ilə ictimaiyyətarasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yeni müstəviyəqaldırılmasına rəhbərlik edəcəkdir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan RespublikasınınQanununa uyğun olaraq fəaliyyət göstərən İctimai Şuraya sədrliyinMehriban Məhərrəmovaya etibar edilməsi onun zəngin akademik vəpeşəkar təcrübəsindən qaynaqlanır. M.Məhərrəmova UNEC-in “Qidaməhsulları texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışıb.Hazırda isə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti və“Qida mühəndisliyi” ixtisasının rəhbəridir. O, həmçinin AQTİ-ninElm Komitəsinin üzvüdür.

Qida sahəsi üzrə elmi fəaliyyəti ilə seçilən dosent 60-dan artıqelmi məqalənin, 6 tədris vəsaitinin və 9 tədris proqramınınmüəllifidir. Onun “Mikrobiologiya, sanitariya və gigiyena”dərsliyi, habelə “Qida fiziologiyası” üzrə metodik vəsaitləriölkəmizdə bu sahədə peşəkar kadr hazırlığı üçün fundamental elmimənbələr hesab olunur.

Chosen
4
12
az.trend.az

10Sources